HƏMAS Hərəkatının Siyasi Ofisinin rəhbərinin müavini Xəlil əl-Həyyə açıqlamasında bildirib: “HƏMAS Hərəkatının Siyasi Ofisinin rəhbəri Yəhya Sinvar Qəzzə zolağında sionist rejim tərəfindən şəhid edilib.”
Xəlil əl-Həyyə vurğulayıb ki, Yəhya Sinvar həbsxanadan çıxdıqdan sonra böyük tufana (Əl-Əqsa Tufanı əməliyyatı) çatana qədər öz fədakarlıqlarını davam etdirdi.
HƏMAS rəsmisi əlavə edib: “Sinvar HƏMAS Hərəkatının banisi Əhməd Yasin kimi böyük şəhidlər karvanının davamıdır. Şəhidlərin qanı bizim yolumuzu işıqlandırır, müqavimət və sabitlik üçün bir motivasiya olacaq.”
Sizin rəyiniz